Kursumuz 2023-ci ildən fəaliyyətə başlamışdır. Burada nəzəri fənləri üzrə dərslər həm online, həm də əyani şəkildə tədris edilir. Kursun əsas məqsədi gələcəkdə musiqi təhsili sahəsində fərqlənmək istəyən istedadlı gənclərə kömək etmək və onların bacarıqlarını düzgün istiqamətə yönləndirməkdir.
Kursumuzun Əməkdar müəllimi, Harmoniya və Musiqi Nəzəriyyəsi fənlərinin təsisçisi
Kursumuzun təcrübəli müəllimi, Musiqi Ədəbiyyatı və Musiqi Nəzəriyyəsi, ümumi fortepiano fənlərinin təsisçisi.
Kursumuzun gənc müəllimi, Harmoniya və Musiqi Nəzəriyyəsi fənlərinin təsisçisi.
Kursumuzun əməkdar müəllimi Hüseynova Samirə Seyran qızının fəaliyyəti və uğurları haqqında qısa məlumat: 1971-ci ildə Naxçıvan Şəhərində anadan olan Samirə xanım, 1981-ci ildən 1№-li Uşaq Musiqi Məktəbində fortepiano sinfində təhsil almış və 1988-ci ildə həmin ixtisas üzrə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna qəbul olmuş və buranı 1992-ci ildə bitirərək müəllim kimi fəaliyyətə başlamışdır. 2004-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində musiqişünaslıq ixtisası üzrə təhsil alan Samirə xanım müəllimlik fəaliyyəti ilə yanaşı 10 il müddətində Naxçıvan Televizya və Radiosunda Klassik musiqi haqqında müxtəlif səpgili iki adda 500-ə yaxın verilişin müəllifi və aparıcısı olmuş, müxtəlif zamanlarda DİM-in təşkil etdiyi MİQ imtahanlarının ikinci mərhələsində komissyanın tərkibində iştirak edən Samirə xanım Naxçıvan MR-nın ayrı-ayrı bölgələrində ustad dərsləri keçirmişdir. Samirə xanım 2020-ci ildə Naxçıvanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Kursumuzun təcrübəli müəllimi Dünyamalıyeva Ruhiyyə Ramiz qızının fəaliyyəti və uğurları haqqında qısa məlumat: 1976-cı ildə Naxçıvan şəhərində anadan olan Ruhiyyə xanım Babək rayon Cavidabad kənd Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. Professional musiqi təhsilini 1991- ci ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda fortepiano sinfində davam etdirən Ruhiyyə xanım təhsil illərində xüsusi qabiliyyətinə görə seçilərək müəllim kimi də fəaliyyət göstərmişdir. Ruhiyyə xanım 1997-ci ildə Bakı Musiqi Akademiyasının musiqişünaslıq ixtisasına daxil olmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Uzun illər Naxçıvan Musiqi Kollecində müəllim işləyən Ruhiyyə xanım bu fəaliyyətini 2016 –ci ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında davam etdirmişdir. Müxtəlif zamanlarda DİM-in təşkil etdiyi MİQ imtahanlarının ikinci mərhələsində komissyanın tərkibində iştirak edən Ruhiyyə xanım Naxçıvan MR-nın ayrı-ayrı bölgələrində ustad dərsləri keçirmişdir. Bu günə qədər Ruhiyyə xanım 1 kitab və qəzetlərdə nəşr olunan 10-dan çox məqalənin müəllifidir.
Kursumuzun gənc müəllimi İbrahimov Sərvət Oqtay oğlunun fəaliyyəti və uğurları haqqında qısa məlumat: 2001-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmış Sərvət bəy ilk musiqi təhsilini tar aləti üzrə almış, amma Musiqi Nəzəriyyəsinə olan kəskin marağı sahəsində 2016-ci ildə Naxçıvan Musiqi Kollecində Musiqi Nəzəriyyəsi ixtisası üzrə I kursa qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə 2020-ci il də bitirmiş, elə həmin il Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Musiqişünaslıq ixtisasına daxil olmuşdur. Təhsil illərində Sədərək rayon Uşaq Musiqi Məktəbində müəllim kimi də fəaliyyət göstərən Sərvət bəy. 2020-2023 -ci illərdə iki dəfə Heydər Əliyev və bir dəfə Üzeyir Hacıbəyli adına təqaüdə layiq görülmüşdür. Elmi-tədqiqat konfranslarında iştirak edən Sərvət bəy eyni zamanda müxtəlif illər ərzində bir dəfə ikinci, iki dəfə birinci yerə və tədqiqatçı tələbə adına layiq görülmüşdür.
Kursumuzda musiqi mədəniyyəti və tarixi, müxtəlif bəstəkarların yaradıcılıq yolu, musiqi üslubları, janr və formalar haqqında rus, ingilis və türk dillərində peşəkar səviyyədə tərcümələr edilir, məqalələr elmi-tədqiqat və buraxılış işləri üçün materiallar hazırlanır. Bununla yanaşı müxtəlif həcmli musiqi əsərlər transpozisyası edilir və modulyasiyalar yazılır.