Musiqinin sehrli dünyasına bizimlə addım atın.
Kursumuzun məqsədi nədir? Respublikamızda musiqi sənətini özünə peşə seçən hər bir gəncə kömək etmək və onların ixtisaslı kadr kimi yetişməsinə töhfələr vermək. Eyni zamanda musiqi sənətinin nəzəri əsaslarını düzgün istiqamətdən izah etmək.
Kursumuzun müəllimləri müəyyən illər ərzində istər ali təhsil müəssəslərində musiqi istiqamətli ixtisaslara, istərsə də MİQ imtahanlarında bir çox uğurlara imza atmışlar. Kursumuzun 2023-ci ildən fəaliyyətə başlamasına baxmayaraq, müəllimlərimiz uzun illərdir imtahanlarda yüksək nəticə əldə edən bir çox tələbəyə repetitorluq etmişlər.